Operativ Məlumat Mərkəzi

COP29-un Bakıda keçirilməsi ciddi diplomatik qələbədir - RƏY

6 dəq
Paylaş:
COP29-un Bakıda keçirilməsi ciddi diplomatik qələbədir - RƏY

Azərbaycan Respublikasının COP29-a ev sahibliyi etməsi barədə beynəlxalq ictimaiyyətinin yekdil qərarın ardınca çoxsaylı hücumlara baxmayaraq ölkəmizin prosesə uğurla start verməsi ciddi diplomatik qələbədir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

“İkili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevirmiş, lakin aralarında 80 Prezident, Vitse-prezident və Baş nazir olmaqla 196 ölkədən 72 min iştirakçının Bakıya gəlməsi bu qüvvələr üçün fiasko sayılmalıdır.

E-huquq | Bəhruz Məhərrəmov yeni hakim təyinatlarına münasibət bildirdi

Məlumdur ki, Azərbaycan Respublikası özünün beynəlxalq hüquqla tanınan ərazilərində işğala və təcavüzə, habelə separatizmə son qoymasının ardınca bir sıra qərəzli və təcavüzkar mahiyyətə malik dövlətlərin qarayaxma, böhtan və ikili standartlara əsaslanan hücumlarına məruz qalmışdır, xüsusən Azərbaycanın separtizmə son qoyaraq özünün suverən haqlarını bərpa etməsindən sonra başlanan çoxsaylı hücumlar fonunda COP29 kimi möhtəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın yaratdığı regional status-kvoya olan real münasibət beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadı, həmçinin Azərbaycanın milli və regional, həmçinin qlobal səviyyədə ətraf mühitin qorunması iqlim dəyişiklərinin qarşısını alınması işində töfhəsinin tədqir olunmasının bariz nümunəsidir. Aydındır ki, beynəlxalq ictimaiyyət cənab İlham Əliyevin liderliyində qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın səylərinin effektivliyinə inanır və COP29-un substantiv nəticələrə gətirib çıxaran formatda yekunlar ortaya qoyacağına ümid edir. Lakin bir sıra dövlətlərin BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 Sammitində iştirak etməmək barədə qərarı bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin bəzi üzvləri cılız niyyətlərlə yaşayır və bəşəriyyət qarşısına məsuliyyətini dərk etmir".

Dünyanın gözü Bakıda: COP29 başladı - Canlı Sitat.info

Deputat bildirir ki, qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində Çərçivə Konvensiyasının iştirakçılarının əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizə qismində bəşəri niyyətlər naminə səylərini birləşdirmək, bu sahədə mümkün töhfələrin verilməsi üçün bərabərsizliklər, qarşılıqlı anlaşılmazlıqlar başda olmaqla, çoxsaylı maneələri aradan qaldırmaqdır. Lakin Bakıda keçiriləcək COP29 Sammitinə qatılmayacağı barədə qərar vermən ölkələrin bəhanələrinin ümumbəşəri niyyətlər qarşısında cılızlığı onu deməyə əsas verir ki, əslində bu subyektlər iqlim dəyişiklikləri də daxil olmaqla, qlobal təhlükəsizlik və insan amili maraqlandırmır.

Görünən odur ki, bu subyektlər Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirləri ilə beynəlxalq hüququn aliliyini təmin edərək özünün suverenliyini və ərazi bütövlüyünü bərqərar etməsini Qərb imperializminin rakursundan qiymətləndirərək heç bir formada həzm etmək istəmir və verilən qərarlar da onu göstərir ki, həmin qüvvələr ölkəmiz əleyhinə başlanan qarayaxma kampaniyasının iştirakçılarıdır. Baxmayaraq ki iqlim dəyişiklikləri ilə mübarizə ayrıca heç bir dövlətin, o cümlədən xüsusən də Azərbaycanın daxili məsələsi deyil. Yəni ümumbəşəri məsələ olan iqlim dəyişiklikləri ilə mübarizədə hər hansı dövlətin belə bir tədbirdə iştirakdan imtina etməsi Qərb imperializmi üçün ümumbəşəri məsələlərdən daha öndə təzavüzkar niyyətlərin və qeyri-proporsional maraqların dayandığını göstərir. Təbii ki, bu subyektləri COP29-la bağlı mövqeyi Azərbaycanın liderliyində bu istiqamətdə həyata keçiriləcək tədbirlərin realizəsi qarşısında əngəl kimi çıxış etmir, əksinə siyasi məqsədlərin alətinə çevirilən, təzavüzkar niyyətlər üçün vasitəyə çevirilən bu subyektlərin özlərini çətin duruma salır.

Bakıda COP29-un Liderlər Sammiti başladı - CANLI

“Azərbaycanın bu istiqamətdə yolu kifayət qədər aydındır və COP29-a start verilən andan dünya ictimaiyyətinin artan marağı isə göstərir ki, cənab İlham Əliyev bu sahədə qarşıya qoyulan məqsədlərə uğurla nail olmaqdadır. Azərbaycan Prezidentinin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi “artıq bir ildir boykotu təşviq edənlər əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə B.Məhərrəmov vurğulayıb.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər