Co Vilson: Donald Tramp Qafqaza sülh gətirəcək

Co Vilson: Donald Tramp Qafqaza sülh gətirəcək
17.01.2025 17:27
Aa
dəq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qafqaza sülh gətirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Co Vilson deyib.

“Bizim Qafqazı ümumbəşəri sülh və firavanlıq əsasında yenidən gücləndirmək imkanımız var. Bunun üçün bizə Azərbaycan və Ermənistan xalqları arasında sülh sazişi lazımdır. Donald Tramp Yaxın Şərqə sülh gətirdiyi üçün mən bilirəm ki, o Qafqazda da eyni şeyi edəcək”, - deyə o bildirib.

 

 

Həftənin ən çox oxunanları