Operativ Məlumat Mərkəzi

Co Bayden İsrailə xəbərdarlıq edib

1 dəq
Paylaş:
Co Bayden İsrailə xəbərdarlıq edib
bu barədə Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı qeyd edib. İsrailin baş naziri Benyamin Netanyahu ilə...

ABŞ prezidenti Co Bayden İsrailə güclü dəstəyini davam etdirəcəklərini, lakin İsrailin Qəzzaya hücumlarında mülki insanların həyatını qorumaqda İsrailin daha həssas olması lazım olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığına toxunan Bayden, bu ölkəyə verdikləri dəstəyin davam edəcəyini və HƏMAS-ın 7 oktyabr hücumlarında baş verənləri unutmadıqlarını bildirib.

Digər tərəfdən, İsrailin Qəzzada davam edən hücumlarında həlak olan mülki şəxslərlə bağlı Bayden, "Günahsız fələstinlilərin Qəzzada təhlükəsizliyi hələ də böyük narahatlıq doğurur. Ona görə də İsrailin atdığı addımlar zamanı günahsız əhalinin həlak olmasının qarşısını almaq üçün əlimizdən gələni etməkdə qərarlıyıq",-deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər