Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Argentina-İspaniya finalından sonra Buenos-Ayresdə qarşıdurma: 15 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Argentina-İspaniya finalından sonra Buenos-Ayresdə qarşıdurma: 15 nəfər saxlanılıb

2026-cı il Dünya Çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra millisinin azarkeşləri -Ayresdəki "" abidəsi yaxınlığında toplaşıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əvvəlcə minlərlə azarkeş Argentina yığmasına dəstək məqsədilə küçələrə çıxsa da, sonradan vəziyyət gərginləşib.

Məlumata görə, hadisə yerində qarşıdurma baş verib və polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar zamanı azı 15 nəfərin saxlanıldığı bildirilir. Qarşıdurmanın səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, ABŞ-nin Nyu-Cersi ştatında yerləşən "MetLife Stadium"da keçirilən final görüşündə millisi əlavə vaxtda Ferran Torresin vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edib və tarixində ikinci dəfə dünya çempionu olub.

Argentina Prezidenti isə milli komandanın çıxışını yüksək qiymətləndirib. O, yığmanın uğurunu qeyd etmək üçün ölkədə qeyri-iş günü elan ediləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax