ÇL: “Qarabağ”ın səfər oyunu macarıstanlı hakimlərə tapşırılıb

ÇL: “Qarabağ”ın səfər oyunu macarıstanlı hakimlərə tapşırılıb
18.07.2024 15:42
Aa
dəq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln” komandasına qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Vad olacaq. Ona həmyerliləri Vensel Tot və İştvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bentse Çonka yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

Həftənin ən çox oxunanları