Çində qonaq olduqları turizm parkını ziyarət edən 4 ABŞ müəllimi bıçaqla hücuma məruz qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çin səlahiyyətliləri hələ bir açıqlama verməsə də, hadisə ilə bağlı sosial media yazıları senzuraya məruz qalıb.
Kornell Universitetinin dekanı Conatan Brand hücumu təsdiqləyib. Brend Çinin Beyhua Universiteti ilə əməkdaşlıq və mübadilə proqramı çərçivəsində fakültənin professor-müəllim heyətinin ölkədə qonaq olduqlarını bildirib.