Operativ Məlumat Mərkəzi

Çində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə çatıb

1 dəq
Paylaş:
Çində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə çatıb
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, Kaotonq şəhərinin Cinxiong rayonunun Lianqşui kəndində baş verən sürüşmədən sonra aparılan axtarışlar zamanı...

Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Kaotonq şəhərinin Cinxiong rayonunun Lianqşui kəndində baş verən sürüşmədən sonra aparılan axtarışlar zamanı daha 3 nəfərin cəsədi tapılıb. \

Hadisə zamanı 10 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.

Axtarış-xilasetmə əməkdaşları soyuq, qarlı hava şəraitində itkin düşənlərin tapılması istiqamətində işləri davam etdirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər