Əsas məzmuna keç

Çində Azərbaycan və Moldova mədəniyyət nazirlərinin görüşü olub

Çində Azərbaycan və Moldova mədəniyyət nazirlərinin görüşü olub

Çində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Moldovanın mədəniyyət naziri Sergiu Prodan arasında görüş olub. Bu barədə "Operativ Məlumat...

Çində Azərbaycanın naziri Kərimli ilə Moldovanın mədəniyyət naziri Sergiu Prodan arasında görüş olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, A.Kərimlinin rəhbərliyi ilə nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində o, moldovalı həmkarı ilə bir araya gəlib.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.

S.Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…