Operativ Məlumat Mərkəzi

Çində Amerika kollecinin 4 müəllimi bıçaqlanıb

1 dəq
Paylaş:
Çində Amerika kollecinin 4 müəllimi bıçaqlanıb

ABŞ-ın Kornel Kollecinin dörd müəllimi Çinin Tsilin əyalətindəki parkda bıçaqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, müəllimlər Kornell Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gediblər.

Onlar parkda gəzinti zamanı bıçaqlı şəxsin hücumuna məruz qalıblar. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Nəşr qeyd edib ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər