"Cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik" - Hacı Şahin

"Cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik" - Hacı Şahin
27.01.2023 16:23
Aa
dəq

"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu. Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

"Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik", - ilahiyyatçı vurğulayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu