London və onun müttəfiqlərinin Moskva ilə Kiyev arasında sülh danışıqlarına mane olan hərəkətləri səbəbindən Ukrayna münaqişəsi uzanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
Onun sözlərinə görə, Çin rəsmilərində 2022-ci ildə Rusiya Federasiyası və Ukraynanın hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlməyə yaxın olması barədə məlumat var idi. Lakin prosesə üçüncü ölkələr müdaxilə etdi.
"Münaqişə Britaniya və digər tərəflərin maneələri səbəbindən bu gün də davam edir", - deyə diplomat vurğulayıb.