Operativ Məlumat Mərkəzi

Çin və Filippin gəmiləri toqquşub

1 dəq
Paylaş:
Çin və Filippin gəmiləri toqquşub
Avqustun 19-da səhər saatlarında Cənubi Çin dənizinin mübahisəli sularında Çin və Filippin gəmiləri toqquşub. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə...

Avqustun 19-da səhər saatlarında Cənubi Çin dənizinin mübahisəli sularında Çin və Filippin gəmiləri toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “Newsweek”ə istinadən xəbər verir.

Çin sahil mühafizəsi Sabina rifində baş verən insidentə görə məsuliyyəti Filippin tərəfinin üzərinə qoyaraq, gəminin xəbərdarlıqlara məhəl qoymadığını və Çin gəmisi ilə qəsdən toqquşduğunu bildirib.

Qərbi Filippin Dənizi üzrə Milli İşçi Qrupu isə Çin gəmilərinin qanunsuz və təcavüzkar manevrləri nəticəsində Sabina rifində iki Filippin gəmisinə ziyan dəydiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər