Əsas məzmuna keç

"Çin-Rusiya münasibətləri hər iki ölkənin əsas maraqları və ümumi tələbatı üzərində qurulub"

"Çin-Rusiya münasibətləri hər iki ölkənin əsas maraqları və ümumi tələbatı üzərində qurulub"

bu sözləri Çinin Moskvadakı səfiri Çjan Xanhui deyib.  “Sentyabrda Pekində Çin xalqının Yapon işğalçılarına qarşı Müqavimət Müharibəsində Qələbəsinin və...

" və liderləri Vladimir və Si Cinpin sentyabr ayında tarixi əhəmiyyət kəsb edəcək və ölkələr arasında əlaqələrə güclü təkan verəcək görüş keçirəcəklər".

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Çinin Moskvadakı səfiri Xanhui deyib.

“Sentyabrda Pekində Çin xalqının Yapon işğalçılarına qarşı Müqavimət Müharibəsində Qələbəsinin və dünya antifaşist müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Çin və Rusiya liderləri yenidən tarixi əhəmiyyətə malik olan, ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətini müəyyən edəcək və bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə güclü təkan verəcək mühüm görüş keçirəcəklər. Çin-Rusiya münasibətləri hər iki ölkənin əsas maraqları və ümumi tələbatı üzərində qurulub, aydın tarixi məntiqə və güclü daxili hərəkətverici qüvvəyə malikdir. Bunlar müasir dünyada böyük dövlətlər arasında ən sabit, yetkin və strateji baxımdan ən dəyərli münasibətlərdən biridir”, - o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…