İsrail Müdafiə Qüvvələri tərəfindən 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına həyata keçirilən hücumlar nəticəsində həlak olanların sayı 72 553 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu, atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.
Qeyd olunub ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 2 ölü və 22 yaralının gətirilib.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana İsrailin hücumları nəticəsində 777 nəfər həlak olub, 2 193 nəfər yaralanıb, dağıntılar altından isə 761 nəfərin cəsədi çıxarılıb.
Məlumata görə, İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ümumi ölənlərin sayı 72 553-ə, yaralıların sayı isə 172 296-ya yüksəlib.
Bildirilib ki, Qəzza zolağında hələ də minlərlə cəsəd dağıntılar altında qalmaqdadır.