ABŞ-nin blokada tətbiq edəcəyini açıqladığı Hörmüz boğazından Çinə məxsus gəmi keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Beynəlxalq gəmi izləmə sistemi olan "Marine Traffic" portalı məlumat yayıb.
Sahibi ABŞ sanksiyaları siyahısında olan "Rich Starry" adlı gəmi kimyəvi maddələrin daşınması üçün istifadə edilir və orta mənzilli tanker hesab olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla Pakistanda keçirilən danışıqlar prosesinin uğursuzluqla nəticələnməsindən sonra sosial şəbəkə hesabında Hörmüz boğazının blokadaya alınması prosesinə başlayacaqlarını elan etmişdi.