Çin şirkətləri Yaxın Şərqdəki münaqişə fonunda süni intellekt texnologiyalarından istifadə edərək, ABŞ hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə "The Washington Post" (WP) qəzeti xəbər verib. Məlumata əsasən, Çindəki özəl firmalar ABŞ-nin hərbi fəaliyyətini izləmək və bu məlumatları satmaq üçün süni intellekti açıq mənbəli məlumatlarla, xüsusilə də peyk görüntüləri ilə birləşdirirlər.
"Bildiyim qədəriylə, onlar Çinin "Jilin" peyk qrupu kimi məlumat toplayanlardan çoxlu görüntü alırlar", - deyə "American Enterprise Institute"un tədqiqatçısı Rayan Fedosyuk bildirib.
WP qeyd edib ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri süni intellektin hazırkı vəziyyətinə şübhə ilə yanaşsalar da, Çində bu cür texnologiyaların mümkün inkişafı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.