Çin Pentaqonun bəzi tədqiqat mərkəzlərini xüsusi izləmə siyahısına daxil etməsinə reaksiya verərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Çin qurumlarının hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görüəcəyini açıqlayıb.
Çinin Ticarət Nazirliyindən verilən açıqlamada ABŞ-nin bu qərarından narazılıq ifadə olunub.
Nazirliyin sözçüsü bildirib ki, Çinli tədqiqat qurumlarının qanuni hüquq və maraqlarını qorumaq, elmi və texnoloji mübadilə ilə əməkdaşlıq üçün sağlam mühit yaratmaq məqsədilə lazımi addımlar atılacaq.
Sözçü ABŞ-ni milli təhlükəsizlik anlayışını genişləndirməkdə, ayrı-seçkiliyə əsaslanan məhdudiyyətlər tətbiq etməkdə və elmi əməkdaşlığı siyasiləşdirərək alətə çevirməkdə ittiham edib.
O qeyd edib ki, Pentaqonun bəzi tədqiqat mərkəzlərini siyahıya daxil etməsi iki ölkənin elmi dairələri arasındakı əlaqələrə və əməkdaşlığa zərər vurur.
Çin tərəfi bu addımın elmi və texnoloji innovasiyalar sahəsində qlobal əməkdaşlıq tendensiyasına zidd olduğunu bildirib.
Çinin Ticarət Nazirliyi ABŞ-yə Çinli tədqiqat qurumlarına qarşı əsassız ittihamlara son qoymaq, yanlış addımları mümkün qədər tez düzəltmək və həmin qurumlara "ədalətli, obyektiv və ayrı-seçkisiz münasibət" göstərmək çağırışı edib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi ötən həftə Çində müdafiə sahəsi ilə əlaqəli akademiyalarla yanaşı, Şanxaydakı Fudan Universiteti kimi bəzi qurumları da "problemli fəaliyyət göstərən xarici tədqiqat qurumları siyahısı"na daxil edib.