Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çindən ABŞ-nin humanoid robotlarla bağlı qərarına sərt reaksiya

2 dəq
Paylaş:
Çindən ABŞ-nin humanoid robotlarla bağlı qərarına sərt reaksiya

Çin Ticarət Nazirliyi ABŞ-nin digər ölkələrdə istehsal olunan robotları milli riski kimi qiymətləndirməsinə reaksiya verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pekin bu addımı Çin şirkətləri və məhsullarına qarşı - kimi qiymətləndirib.

Nazirliyin sözçüsü ABŞ Federal Rabitə Komissiyasının (FCC) qərarının Pekinin qanuni ticarət maraqlarına ciddi zərər vurduğunu, iki ölkə arasındakı iqtisadi münasibətlərin sabitliyini sarsıtdığını və qlobal sənaye ilə təchizat zəncirlərinə mənfi təsir göstərdiyini bildirib.

Sözçü vurğulayıb ki, Vaşinqton milli təhlükəsizlik anlayışını həddindən artıq genişləndirir və bu qərardan dərhal imtina etməlidir.

O əlavə edib ki, ABŞ bu siyasəti davam etdirəcəyi təqdirdə, Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün qəti tədbirlər görəcək.

Qeyd edək ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) ötən gün milli təhlükəsizlik riski daşıdığı bildirilən rabitə avadanlıqları siyahısını genişləndirib.

Yeni siyahıya humanoid və dördayaqlı robotlar, eləcə də şəbəkələrə inteqrasiya olunmuş enerji invertorları daxil edilib. Bu məhsulların ABŞ-də marketinqi və satışı FCC tərəfindən təsdiqlənməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax