Çin İrandakı müharibədə iştirak edən tərəfləri dərhal atəşkəs elan etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq 2 apreldə keçirdiyi brifinqdə bildirib.
Mao Ninq qeyd edib: “Hərbi vasitələr əsas problemləri həll edə bilməz. Döyüşlərin uzadılması və münaqişənin şiddətlənməsi heç bir tərəfin maraqlarına xidmət etmir”.
O əlavə edib ki, “hərbi əməliyyatlara dərhal son qoyulmalı, sülh danışıqlarına tezliklə başlanmalı və daha böyük humanitar fəlakətin qarşısı alınmalıdır”.
Qeyd olunur ki, bu çağırış ABŞ Prezidenti Donald Trampın yaxın iki-üç həftə ərzində İrana qarşı güclü zərbələr endirmək niyyətini açıqlamasından sonra gəlib.