Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son illər ərzində Azərbaycanın Ermənistanla intensiv təmaslar olub və bu təmaslar davam edir: "Antalya Diplomatiya Forumunun imkanlarından istifadə edərək erməni həmkarımla ikitərəfli görüşüm baş tutdu, həmin görüşü kifayət qədər faydalı hesab edirəm. Hər hansı görüş məsələləri həll etmək imkanı verməsə də, tərəflərin mövqeyini, arqumentlərini, əsaslandırmalarını daha detallı şəkildə müzakirə etmək fürsəti verir. Qiymətləndirməm ondan ibarətdir ki, bu görüş də faydalı idi”.