Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB
15.04.2024 12:23
Aa
dəq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Özbəkistana işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirak və çıxış edib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, o, rəsmi Bakının qardaş Mərkəzi Asiya ölkələri və KƏŞ ölkələri ilə ortaq tarixi və mədəni irsinin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və s. istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Hazırkı qlobal transformasiya dövründə mövcud çağırışlarla mübarizə kontekstində regional əməkdaşlıq çərçivəsində KƏŞ-Mərkəzi Asiya Strateji Dialoq formatının əhəmiyyəti qeyd olunub.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə olduğu kimi "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərimizdən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycanın bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.

Nazir həmçinin ölkəmizin Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini və gərginlik coğrafiyasının daha da genişlənməsi riskindən ciddi şəkildə narahatlığı diqqətə çatdırıb. Beynəlxalq hüquqa, regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin əhəmiyyəti vurğulanıb.

Tədbirin yekununda strateji dialoq üzvlərinin birgə bəyanatı qəbul olunub.

***

Azərbaycan ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində təmsil olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın Özbəkistanda keçirilən Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- XİN rəsmisi vurğulayıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu