İsrailin mərkəzi yenidən hava hücumuna məruz qalıb, Tel-Əviv də daxil olmaqla bir çox əraziyə xəbərdarlıqlar verilib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, bir müddət əvvəl İsrail ordusu İrandan atılan raketləri qeydə alıb.
Təl-Əviv ərazisində hava hücumu sirenləri işə düşdükdən sonra bir neçə partlayış baş verib. Polis və təcili yardım xidmətinin məlumatına görə, raket qalıqları bir neçə yerə düşüb, lakin tələfat barədə məlumat hələlik verilməyib.