ABŞ Hərbi Dəniz Qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazının və İran limanlarının blokadasını aktiv şəkildə davam etdirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi "X" hesabında məlumat yayılıb.
"ABŞ hərbçiləri İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin blokadasını dəstəkləmək üçün regional suların monitorinqini və patrul xidmətini davam etdirir", - deyə rəsmi məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çinlə münasibətləri qorumaq məqsədilə Hörmüz boğazını həmişəlik açdığını bəyan etsə də, bu qərar hələ öz rəsmi təsdiqini tapmayıb.