Operativ Məlumat Mərkəzi

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək

1 dəq
Paylaş:
Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək
son Azərbaycan çempionu "Qarabağ”ın II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandası ilə duelinin qalibinin potensial rəqibi bəlli olacaq....

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ”ın II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandası ilə duelinin qalibinin potensial rəqibi bəlli olacaq.

“Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Bu cütün məğlubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində iştirak edəcək. Mümkün rəqib bu gün baş tutacaq püşkatmada müəyyənləşəcək.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər