"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa karyerasını başqa klubda davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı ispaniyalını "Bornmut" həyətinə qatmaq istəyir.
Klub qapıçını mövsümün sonuna qədər icarəyə verməyə hazırdır.
Futbolçu tezliklə tibbi müayinədən keçəcək.