Əsas məzmuna keç

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri...

əməkdaşları yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

DİN Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkar edilib.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…