Operativ Məlumat Mərkəzi

Cəbrayıla köç başladı - RƏY

2 dəq
Paylaş:
Cəbrayıla köç başladı - RƏY
{"az":"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Cəbrayıl şəhərinə ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl...","en":"","ru":""}

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Cəbrayıl şəhərinə ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Artıq köç karvanı şəhərə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirdi ki, Cəbrayılda uzun müddətdir bərpa-quruculuq işləri həyata keçirilirdi.

“Artıq binaların bir hissəsi hazırdır. 33 binada iş gedir. Artıq birinci köç başlayır. Çox sevindiricidir ki, bu gün Cəbrayıllılar öz yurdlarına köçürlər. Biz bunu səbirsizliklə gözləyirdik. İlkin mərhələdə sakinlərin bir hissəsinin köçürülməsi planlaşdırılır. 100-ə yaxın ailənin köçürülməsi planlaşdırılır. Artıq onlar yaxın vaxtlarda doğma Cəbrayıla köçərək orada yaşayacaqlar. Bu istiqamətdə hazırda ciddi işlər görülür və addımlar atılır”.

Deputat qeyd etdi ki, bu gün Cəbrayıl yeni bir dövrə qədəm qoyur. Bu gün Cəbrayılda bir sıra müəssisələr var.

““Araz Vadisi İqtisadi Zonası” bir müddətdir ki, qurulur. Orada xeyli işlər görülüb. Həmçinin Cəbrayılda xəstəxana da tikilir. Bu gün həmin stukturlar öz fəaliyyətini uğurla davam etdirirlər. Dövlət qurumlarının fəaliyyəti üçün şərait yaradılıb. Hesab edirəm ki, Cəbrayılda əhalinin məskunlaşması üçün şərait və imkan var. Ən qısa vaxtda insanlarımız orada yaşayıb, məskunlaşacaqlar. Biz də bunun şahidi olacayıq”, - deyə o sonlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər