Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməli qoyulub

Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməli qoyulub
04.05.2023 20:02
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verib.

Qeyd edilib ki, qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.

Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, “Karvansaray” hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Dövlət başçısı qəsəbənin inkişaf planı barədə videoçarxa baxıb.

Sonra Prezident İlham Əliyev Xudafərin qəsəbəsinin təməlini qoyub.

Həftənin ən çox oxunanları

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlə oğlu təməlqoyma mərasimində

Prezidentlə oğlu təməlqoyma mərasimində
DAVAMIN OXU davamın oxu

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu