Əsas məzmuna keç

Çaylarda daşqın və sel olacaq

Çaylarda daşqın və sel olacaq

bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib. O qeyd edib ki, yağıntıların intensiv və güclü olacağı...

Yağıntılarla əlaqədar iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək çaylarda sululuğun artacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru bildirib.

O qeyd edib ki, yağıntıların intensiv və güclü olacağı ilə əlaqədar Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən bəzi çaylardan qısamüddətli daşqın və keçəcəyi gözlənilir.

Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

“Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi gözləniləndir. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”, - A.Verdiyev deyib.

Hava proqnozu

22° Bakıda indiGünəşli
  1. Bu gün Tutqun 24° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Buludlu 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…