Əsas məzmuna keç

Cari ildə elektrik enerjisi istehsalı artıb

Cari ildə elektrik enerjisi istehsalı artıb

Cari ilin 11 ayında respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 milyon kVt-st, yəni 0,8 faiz artaraq 26...

ilin 11 ayında respublikada enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 milyon kVt-st, yəni 0,8 faiz artaraq 26 487,5 milyon kVt-st olub.

Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 525,1 milyon kVt-st, SES-lərdə 636,5 milyon kVt-st, digər mənbələr üzrə isə 325,9 milyon kVt-st edib. Bu dövrdə elektrik stansiyalarında 54,3 milyon kVt-st, günəş elektrik stansiyalarında 69,7 milyon kVt-st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 milyon kVt-st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 894,9 milyon kVt-st (İES-lərdə 22 363,3 milyon kVt-st, SES-lərdə 1 531,6 milyon kVt-st), Naxçıvan MR Dövlət Energetika üzrə 444,2 milyon kVt-st (İES-lərdə 295,5 milyon kVt-st, SES-lərdə 90,9 milyon kVt-st, Günəş ES-də 57,8 milyon kVt-st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 40,1 milyon kVt-st, müstəqil elektrik stansiyaları üzrə isə 2 108,3 milyon kVt-st təşkil edib.

Bu ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 752,7 milyon kVt-st, idxalı isə 200,8 milyon kVt-st olub.

Qeyd edilib ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 453,4 milyon kVt-st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 milyon kVt-st, ixrac isə 401,2 milyon kVt-st təşkil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…