Operativ Məlumat Mərkəzi

CAR lideri Rusiyanın Ukraynaya hücumunu pisləməkdən imtina edib

1 dəq
Paylaş:
CAR lideri Rusiyanın Ukraynaya hücumunu pisləməkdən imtina edib

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, Rusiya ilə əlaqələrin inkişafının vacibliyini qeyd edib.

Prezident bildirib ki, ölkəsi heç bir qlobal gücün yanında olmayacaq.

Xatırladaq ki, avqustda Yohannesburqda keçiriləcək “BRİKS” sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq.

Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var.

Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər