Əsas məzmuna keç

Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib

Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhəri, rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan , 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…