Əsas məzmuna keç

"Azərbaycan qaz ixracını artırır" - MÜSAHİBƏ

"Azərbaycan qaz ixracını artırır" - MÜSAHİBƏ

Azərbaycan Serbiya-Bolqarıstan İnterkonnektorunun açılmasıyla qaz ixrac etdiyi ölkələrin sayını 8-ə çatdırıb. Burada digər ölkələr də var ki,...

Serbiya-Bolqarıstan İnterkonnektorunun açılmasıyla qaz ixrac etdiyi ölkələrin sayını 8-ə çatdırıb. Burada digər ölkələr də var ki, interkonnektor çəkərək memorandum imzalanır. Bunlardan 2-si Gürcüstan və , qalanları isə Avropa ölkələridir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

"Daha çox ölkəyə qaz satmaq ölkəmizin gəlirini artırmır. Ancaq bu coğrafiyanın genişləndirilməsi, satış riskimizi aşağı salır. Çünki qazı bütün ölkələrə satmaq hər hansısa bir ölkədən asılılığı aşağı salır. Bu cəhətdən çox yaxşıdır. İkincisi, satış coğrafiyasının genişləndirilməsi həm də bu ölkələrlə əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

Azərbaycanın Avropa Birliyinə daxil olan 9 ölkə ilə strateji tərəfdaşlıq müqavilələri var. Bu da birbaşa ticari əlaqələr qurduğu, , , qaz satdığı ölkələrdir. Bütün bunlar bizim dostlarımızın sayının artması, daha çox ölkəyə enerji satmaqda riskimizin aşağı düşməsi, həm də əlaqələrin yaxşılaşmasında önəmlidir. Digər sferalarda əlaqələr üçün dövlətlərin, sahibkarların görüşü digər qeyri-neft sektorunda da əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır".

Aminə Nəzərova

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…