Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın magistral yolunda hərəkətdə olarkən maneələrə çırpılıb və ardınca yanğın başlayıb. “TRT Haber”ə istinadən verilən məlumata görə, hadisə nəticəsində sürücü də daxil olmaqla 8 nəfər həyatını itirib, 33 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
İzmirdən Antalyaya istiqamət alan avtobusda ümumilikdə 38 sərnişin və 3 heyət üzvü olub. Qəza səbəbindən Dənizli istiqamətində avtomobil yolu təxminən 4 saat müddətinə nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanmış nəqliyyat vasitəsi ərazidən götürüldükdən sonra yolun hərəkət hissəsi yenidən istifadəyə verilib.