Dubayda yerləşən və dünyanın ən hündür binası hesab olunan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Hadisə ilə bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu rəsmi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Konsulluğun paylaşımında qeyd olunub ki, hazırda Dubay şəhərində yerləşən göydələn Azərbaycan bayrağının rəngləri ilə əhatə olunub.