44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
O qeyd edib ki, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan ordusu 44 gün ərzində qəhrəmanlıq göstərərək şəhidlərimizin müqəddəs qanı hesabında 30 ildən çox işğal altında olan torpaqlarımızı azad etdi, düşməni məhv etdi. Bu müharibə həm də bütün azərbaycanlılar üçün ləyaqət müharibəsi isə. Biz uzun illər ərzində üzərimizdə olan qara ləkəni təmizlədik.
“Bu müharibə Azərbaycan dövlətinin gücünü, dövlət başçısının iradəsini, qətiyyətini və diplomatik bacarığını bütün dünyaya nümayiş etdirdi. XXI əsrdə öz ərazi bütövlüyünü tam təmin edən ölkə kimi tarixə düşən Azərbaycan, həm də haqq və ədaləti beynəlxalt təşkilatların deyil, öz gücü ilə bərpa edən yeganə ölkə oldu.
Bu möhtəşəm qələbənin əldə edilməsidə Azərbaycan xalqının öz lideri cənab İlham Əliyevə sonsuz sevgisi və inamı müstəsna rol oynadı. Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi, sülh və inkişaf üçün yeni yollar və imkanlar yaratdı. Əminəm ki, indidən sonra da dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək qələbəmizi əlimizdən almaq istəyən qüvvələrə daim layiqli cavab verərək regionun inkişafında öz töhvəsini verəcək, xalqımızın təhlükəsiz və layiqli həyat içində daim yaşamasını təmin edəcəkdir”, - deyə o sonlandırıb.
