Operativ Məlumat Mərkəzi

Bu tarixə kimi güclü külək əsəcək - XƏBƏRDARLIQ!

1 dəq
Paylaş:
Bu tarixə kimi güclü külək əsəcək - XƏBƏRDARLIQ!
Avqustun 24-26-da küləkli hava gözlənilir. Bakı və bölgələr üçün sarı xəbərdarlıq verildi.

Avqustun 24-26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Yevlax, Füzuli, Mingəçevir, Naftalan, Gəncə, Samux, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Sabirabad, Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər