Bu məktəbdə 132 min manatlıq yeyinti AŞKARLANDI

Bu məktəbdə 132 min manatlıq yeyinti AŞKARLANDI
17.07.2023 13:19
Aa
dəq

Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, araşdırma zamanı məktəbin vəzifəli şəxsləri tərəfindən 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə faktiki olaraq işə gəlməyən və tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi, məktəbdə təhsil alan şagirdlərinin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 132 min manatdan artıq maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Həftənin ən çox oxunanları

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bu İcra Hakimiyyətində əməliyyat keçirildi, saxlanılan var -RƏSMİ

Bu İcra Hakimiyyətində əməliyyat keçirildi, saxlanılan var -RƏSMİ
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu