Bu küçələrdə təmir işləri davam etdirilir

Bu küçələrdə təmir işləri davam etdirilir
02.08.2024 15:43
Aa
dəq

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) və Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təmir çərçivəsində hazırda Zərifə Əliyeva küçəsində frezlənmə işləri yerinə yetirilir.
 
Əhməd Rəcəbli küçəsində isə artıq frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yekunlaşıb, hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir. 
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
 
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün hər iki əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Həftənin ən çox oxunanları

"Lökbatan" dairəsindən mərkəz istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

DAVAMIN OXU davamın oxu

Bakıda tıxac olan yolların adları açıqlanıb

Bakıda tıxac olan yolların adları açıqlanıb
DAVAMIN OXU davamın oxu

Sabahdan "Formula-1"-ə görə bu yollar BAĞLANIR

Sabahdan
DAVAMIN OXU davamın oxu

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
DAVAMIN OXU davamın oxu

Bakının Mərdəkan yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Mərdəkan yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq
DAVAMIN OXU davamın oxu