Bu ilin on ayında qeydə alınan nikah və boşanmaların sayı məlum olub

Bu ilin on ayında qeydə alınan nikah və boşanmaların sayı məlum olub
17.12.2024 14:39
Aa
dəq

Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Həftənin ən çox oxunanları