Bu il sülh müqaviləsi imzalana bilər? - EKSPERT AÇIQLADI

Bu il sülh müqaviləsi imzalana bilər? - EKSPERT AÇIQLADI
30.07.2024 17:24
Aa
dəq

Azərbaycan və Ermənistan arasında uzun müddətli danışıqlar prosesi davam etsə də, hələ də bir nəticə əldə olunmayıb. İstər Ermənistan konstitusiyasında dəyişikliyin edilməməsi, istərsə də ləğv edilən görüşlər bu müqavilənin imzalanmaması üçün yaranan əngəllərdən sadəcə bir neçəsidir. 

Bəs bölgədə sülhün imzalanmasına hansı qüvvə mane olur? Ümumiyyətlə bu il sülh müqaviləsinin imzalanması məsələsi necə görünür?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, sülh müqaviləsinə, onun bağlanıb-bağlanmamasına daha sakit yanaşmalıyıq. 

“Çünki sülh müqaviləsinin imzalanıb, imzalanmayacağı prinsipal deyil. Biz istəyimizə nail olmuşuq. Qarabağ azaddır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İndi əsas məsələ sərhədin haradan keçməsi və hansı kommunikasiya xətlərinin açılıb-açılmamasıdır. Bu isə müharibə ilə bağlı olmayan amillərdir. Azərbaycan üçün sərhəddə demarkasiya prosesi indi də gedir. Çünki hələ də işğal altında olan kəndlərimiz var”. 

Ekspert deyir ki, istər Kərki, istərsə də Qazax-Tovuz zonasında işğal altında olan kəndlərin taleyi gec-tez hansısa formada həll ediləcək. Bu gün həmin kəndləri 2-3 gün ərzində güc istifadə etməklə ordunun hesabına azad edə bilərik. Amma etmirik və gözləyirik ki, Ermənistan bu kəndləri nə vaxt qaytaracaq. 

“Mən inanmıram ki, bu il sülh müqaviləsi imzalansın. Çox yaxşı olardı ki, bu il Ermənistan və Azərbaycan sülh müqaviləsi ətrafında hansısa çərçivə sazişini təsdiq etsinlər. İlkin razılaşma və ilkin saziş mütləq olmalıdır. Bu olsa, sülh müqaviləsinə də yaxınlaşmış olacağıq. İstər daxili, istərsə də xarici hansısa səbəblərdən, sülh müqaviləsinə tez də qol çəkilə bilər. Amma mən hadisələrin belə tez gedişatına az şans verirəm. Çünki bu proses uzun çəkəcək”.

Sülh müqaviləsi nə vaxt imzalanacaq?

A.İsazadə vurğulayır ki, Ermənistan konstitusiyasının tərkibində Azərbaycanın ərazi bütövlüyünə iddialar var. Ermənistan bu gün bunu səsləndirməsə də, rəsmi konstitusiyada var. Bu hansısa formada mütləq aradan qaldırılmaldır. Ermənistan rəhbərliyi konstitusiyada dəyişiklik etmək istəsə, bunun üçün minimum 6 ay və ya 1 il lazım olacaq. Çünki referendum keçirilməlidir və yeni konstitusiya yazılmalıdır. Yeni konstitusiyada hər şeyin bizi qane etməsi isə o qədər də rahat deyil. Söhbət təkcə Azərbaycan-Ermənistan münasibətlərindən getmir. Digər səbəb isə Ermənistan-Türkiyə münasibətidir. Çünki Ermənistanın gerbində Türkiyənin ərazisində yerləşən Ağrı dağın simvolu var və biz Azərbaycan-Türkiyə maraqlarının üst-üstə düşməsi üçün də çalışırıq. Amma ermənilərin də öz faktları var. Ona görə də sülh müqaviləsinin imzalanması uzun prosesdir. Amma bu gün prosesin görünən və görünməyən tərəfi üçün danışıqlar gedir.

Mədinə Useynova

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

Həftənin ən çox oxunanları

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan ŞOK AÇIQLAMA

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan  ŞOK AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!
DAVAMIN OXU davamın oxu

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verməlidir"

DAVAMIN OXU davamın oxu

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu