Operativ Məlumat Mərkəzi

Bu il Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq

1 dəq
Paylaş:
Bu il Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq
Qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasimi keçiriləcək. Mədəniyyət Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasimi keçiriləcək.

Mədəniyyət Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.

Müzakirədə 2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduğu 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib və ICESCO və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyətli olacağı vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər