Operativ Məlumat Mərkəzi

Bu il Azərbaycanda 717 nəfər İİV-ə yoluxub

1 dəq
Paylaş:
Bu il Azərbaycanda 717 nəfər İİV-ə yoluxub
Bu il Azərbaycanda 717 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"ə...

Bu il Azərbaycanda 717 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

"Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər