Bu il 150 minə yaxın 4-cü sinif şagird qiymətləndirilmə monitorinqinə cəlb olunacaq

Bu il 150 minə yaxın 4-cü sinif şagird qiymətləndirilmə monitorinqinə cəlb olunacaq
Elm və təhsil
05.06.2023 12:54
Aa
dəq

"Təhsilin keyfiyyəti ilə bağlı islahatlara başlanılıb. Təhsillə bağlı dövlət strategiyasında bununla əlaqəli hədəflər də qeyd olunub".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, məzmun baxımından islahatlara ibtidai siniflərdən başlanılıb və proses iki istiqamətdə gedir: "Misal olaraq, sertifikasiya imtahanlarında ilk olaraq ibtidai sinif müəllimlərinin biliyi yoxlanılır. Bundan başqa, keçən ildən etibarən 4-cü sinif şagirdlərinin biliyinin qiymətləndirilməsinə başlanılıb və sonrakı illərdə də davam edəcək. Müəyyən ara söhbətlərini aradan qaldırmaq üçün bu qiymətləndirmənin keçirilməsi önəmlidir".

E.Əliyev vurğulayıb ki, məktəblərdə əsasən oxuma sürətinə fikir verirdilər: "Bu da müsbət haldır, amma əsas məsələ oxuduqlarını anlamalarıdır. Oxuyub-anlama məktəbliyə verilməli olan ən vacib bacarıqdır. İyunun 10-da ölkə üzrə 4-cü sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi yenidən baş tutacaq. Bu il 150 minə yaxın 4-cü sinif şagirdə bu monitorinqə cəlb olunacaq. Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq".

Həftənin ən çox oxunanları