Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
25.12.2024 09:36
Aa
dəq

Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə müvafiq poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Bu, səsvermə gününə ən geci 30 gün qalanadək, "Təqvim Planı"na uyğun olaraq, 2024-cü il dekabrın 30-dək başa çatdırılmalıdır.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin edilib.

Həftənin ən çox oxunanları