Bu gün Türkiyənin İstanbul şəhərində yeni metro xətti istismara veriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış mərasimi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
İstanbulun Başakşehir və Kayaşehir adlı ərazilərini birləşdirən xətt 6,2 kilometr uzunluğundadır və onun üzərində 4 stansiya var. Xəttin inşası 2 il yarım müddətə başa gəlib.