Operativ Məlumat Mərkəzi

Bu gün Azərbaycanda matəm günüdür

1 dəq
Paylaş:
Bu gün Azərbaycanda matəm günüdür
bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər...

Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər