Operativ Məlumat Mərkəzi

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür

1 dəq
Paylaş:
Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür
Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama...

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Amma bir gün sonra, dekabrın 3-də Prezident 2 dekabr tarixli sərəncama dəyişiklik edib.

Prezident İlham Əliyev noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Dəyişiklikdə bildirilib ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilsin.

Bu xəbəri paylaş

Oxşar xəbərlər