Operativ Məlumat Mərkəzi

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

1 dəq
Paylaş:
Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
günün ilk matçında “Araz-Naxçıvan” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 17:00-da başlayacaq....

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti oyunları keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 17:00-da başlayacaq.

Hazırda Naxçıvan təmsilçisi 35 xalla doqquzuncu, “Turan Tovuz” isə 42 xalla yeddinci pillədə qərarlaşıb.

Günün ikinci oyununda “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 19:30-da start götürəcək.

“Zirə” 52 xalla üçüncü, “Qarabağ” isə 76 xalla birinci yerdədir.

Qeyd edək ki, tura mayın 12-də keçiriləcək 2 görüşlə yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər