Bu gün APL-də ilk tura yekun vurulacaq

Bu gün APL-də ilk tura yekun vurulacaq
06.08.2023 11:59
Aa
dəq

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Gəncədə olacaq. "Kəpəz" tarixi derbidə "Neftçi"ni sınağa çəkəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüşü Tural Qurbanov idarə edəcək.

Tur Bakıda "Sabah" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunla tamamlanacaq. Matçın baş hakimi Cavid Cəlilov olacaq.

Azərbaycan Premyer Liqası
I tur
6 avqust (bazar)

17:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Kamal Umudlu
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu.

20:00. "Sabah" - "Qəbələ"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu